Azərbaycanda şirkət rəhbəri yol qəzasında öldü

Oxunma sayı: 503
28-07-2020, 15:59

Azərbaycanda şirkət rəhbəri yol qəzasında öldü
Abşeron rayonunun Qobustan kəndi ərazisində "Nissan” markalı minik avtomobili yol kənarına aşıb.

Arasd;rma/info xəbər verir ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Onlar sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Həmin şəxs Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Zəkəriyyə Zaxar oğlu Poladovdur. Zəkəriyyə Poladov "Azenko” MMC-nin direktorudur.

Paylaş
Xəbər lentİ