Arvadının qanı ilə divara mesaj yazan azərbaycanlı ərin cinayətinin TƏFƏRRÜATLARI – VİDEO

Oxunma sayı: 491
7-09-2020, 22:23

Arvadının qanı ilə divara mesaj yazan azərbaycanlı ərin cinayətinin TƏFƏRRÜATLARI – VİDEO
Türkiyənin İstanbul şəhərində azərbaycanlı gəncin cinayətinin detalları məlum olub.

Arasdırma.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaziosmanpaşada baş verən cinayəti Vüsal Orucov adlı azərbaycanlı gənc törədib.

O, 18 yaşlı Sevilay Kayanı xəyanət üstündə qətlə yetirib.

Belə ki, Vüsal həyat yoldaşı Sevilay Kaya ilə mübahisə edib. V.Orucov daha sonra götürdüyü bıçaqla Kayaya hücum edib. Kayanın boğazını kəsən gənc bir müddət evdə dayanıb. Daha sonra divara “Xəyanətin cəzası ölümdür” yazan Vüsal binadan çıxaraq qaçıb.

O, hadisədən qısa müddət sonra polislərə könüllü təslim olub.

Hadisə şahidləri bildirirlər ki, gənclər qeyri-rəsmi nikahda yaşayırmışlar, ər və arvad deyildilər.

Hadisə şahidi Salih Baykal bildirib ki, cütlük 2-3 aydır ki, birlikdə yaşayırmış: “Mən burada qonşuluqda yaşayıram. Hadisədən xəbərimiz yoxdur, ancaq qız buradakı çörək sexində işləyirdi. Vüsal qıza işdən çıxmasını deyib. Ondan sonra qızı bir-iki dəfə gördüm. Ərini çox görmürdük. Üst mərtəbədəki ayaqqabı ustaları ilə işə başladı. Bu gün də hadisəni eşitdik.

Yuxarıdakı ayaqqabı ustalarının dediklərinə görə, kimsə yuxarı mərtəbəyə qalxıb. Orada işləyən uşaqlar şübhələniblər. Daha sonra uşaqları ora göndərdik. Qapı bağlı idi. Qapını döydülər, heç kim açmadı. Bunlar da şübhələndilər. Bundan sonra qapını sındırıb içəri girəndə həmin qızı yerdə belə gördülər. Oğlan qapını içəridən bağlayıb və daha sonra mətbəxin eyvanından qaçıb”.//BAKU.WS

Paylaş
Xəbər lentİ