Həbsdən yenicə çıxmış ərdən dəhşətli əməl - Arvadını güllələdi

Oxunma sayı: 330
13-09-2020, 19:10

Həbsdən yenicə çıxmış ərdən dəhşətli əməl - Arvadını güllələdi
Lənkəran rayonunda qətl hadisəsi baş verib.
Arasdırma.info APA-ya istinadla xəbər verir ki, qətl hadisəsi rayonun Balıqçılar qəsəbəsində qeydə alınıb. Bir müddət əvvəl azadlığa çıxmış keçmiş məhkum - 1983-cü il təvəllüdlü Mais Məhərrəm oğlu Abıyev həyat yoldaşı 1981-ci il təvəllüdlü Günay Gəray qızı Abıyevanı yaşadıqları evdə qətlə yetirib. İlkin məlumata görə, cinayət odlu silahla törədilib. Faktla bağlı araşdırma aparılır.

Paylaş
Xəbər lentİ