Ermənistanın hücumu nəticəsində Daşkəsəndə meşə yanğını başlayıb

Oxunma sayı: 305
26-10-2020, 20:50

Ermənistanın hücumu nəticəsində Daşkəsəndə meşə yanğını başlayıb
Ermənistan qoşunları humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Daşkəsən rayonuna hücum edib.

Arasdırma.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

O, qeyd edib ki, nəticəsə meşə yanğını başlayıb:

"Fövqəladə hallar xidməti yanğının qarşısının alınması və Ermənistan ətraf mühiti terrorunun fəsadlarının azaldılması üçün işlər aparır. Xoşbəxtlikdən mülki şəxslər arasında itkilər qeydə alınmayıb".//open.az

Paylaş
Xəbər lentİ