Bakıda azyaşlı qızlara qarşı İYRƏNC CİNAYƏT - Kişi ilə qadın tutuldu

28.10.2020 19:50 18
Mətn ölçüsü:
  • 100%
Bakıda azyaşlı qızlara qarşı İYRƏNC CİNAYƏT - Kişi ilə qadın tutuldu
Bakıda soyğunçuluqla məşğul olan şəxslər tutulub.

Arasdırma.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə oktyabrın 25-də rayon ərazisindəki evlərdən birinin qarşısında həmin evin 2 ayrı mənzilində yaşayan 5 yaşlı iki qızın qulaqlarındakı qızıl sırğaların çıxarılaraq aparılması barədə məlumat daxil olub.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 28-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri X.Rüstəmova və əvvəllər məhkum olunmuş T.Əliyev saxlanılıblar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların oktyabrın 23-də rayon ərazisində daha bir evin qarşısında 3 yaşlı bir qızın qulağından qızıl sırğanı eyni üsulla almaları da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.//publika.az
Təsisçi: Ç.Qurbanoğlu
Tel: (+99455) 700 00 00