Moskvada azərbaycanlı qətlə yetirildi

Oxunma sayı: 647
15-02-2019, 09:54

Moskvada azərbaycanlı qətlə yetirildi
Moskvada Baş verən insident zamanı çeçen əsilli silahlılar restorana hücum ediblər.Həmin vaxt Azərbaycan əsilli şəxs avtomobildən açılan atəş nəticəsində həyatını itirib.

Arasdırma.info xəbər verir ki, hazırda polis hadisə yerindən uzaqlaşan maşını və onun içərisində olan şəxsləri axtarır.

Əldə edilən məlumatlara görə, Səmərqənd bulvarı küçəsi, məhəllə 1, ev 6 ünvanında naməlum şəxslər "BMV X6" markalı avtomobildən odlu silahla bir kişini güllələyiblər. Hadisə fevralın 15-i gecə saatlarında baş verib. Odlu silahla vurulan şəxs – təqribən 45 yaşlı azərbaycanlı həyatını itirib.

Hazırda hüquq-mühafizə orqanları qatillərin hadisə yerindən uzaqlaşdığı avtomobili axtarır, həmçinin bu insidenlə fevralın 14-də Moskvanın Peçatniki rayonunda Çeçen və Azərbaycan əsilli şəxslər arasında baş vermiş atışma ilə müşayiət olunan kütləvi dava arasında hər hansı bir əlaqənin olub-olmadığı araşdırırlar.

Paylaş
Xəbər lentİ