Azərbaycanda övladı olmayan ər və arvad özlərini asdılar

Oxunma sayı: 605
16-02-2019, 08:52

Azərbaycanda övladı olmayan ər və arvad özlərini asdılar
Hacıqabulda ər və arvad intihar ediblər.

Arasdırma info bildirir,Cahantv.az tanınmış jurnalist Emil B. Məmmədova istinadən xəbər verir ki, hadisə rayonun Kolanı kəndində baş verib.

Xeyli vaxtdır ailə qurmalarına baxmayaraq, övladları olmayan 1982-ci il təvəllüdlü Sahib Zaməddin oğlu Rəsulov və 1985-ci il təvəllüdlü Əfsanə Ənzəli qızı Mayılova yaxınlarının təzyiqi ilə ayrılmaq qərarına gəliblər. Kişi bu ayrılığa dözməyərək özünü həyətdəki ağacdan asaraq intihar edib.

Bu xəbəri atası evində eşidən qadın da eyni üsulla intihar edib.

Hadisənin təfərrüatı barədə əlavə məlumat veriləcək.

Paylaş
Xəbər lentİ