Ana və oğlunu öldürən şəxsi ömürlük cəza gözləyir- Üçüncü qətlidir

Oxunma sayı: 362
30-11-2020, 06:34

Ana və oğlunu öldürən şəxsi ömürlük cəza gözləyir- Üçüncü qətlidir
Nabranda ana və oğlunu odlu silahla qətlə yetirən şəxsin məhkəməsi başlayıb. Onu ömürlük həbs cəzası gözləyir.

Arasdırma.info Musavat.coma istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla iki nəfəri öldürən 34 yaşlı Şabran sakini Nahid İslamovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Məhkəmə araşdırması zamanı N.İslamovun daha əvvəl də adam öldürməyə görə məhkumluq həyatı yaşadığı məlum olub.

N.İslamov qonşuluğunda yaşayan 37 yaşlı Məhəbbət Məmmədovu və onun 57 yaşlı anası İstək Mahmudovanı güllələyərək qətlə yetirib. Nabran rayonunun Zeyvə kəndində baş verən hadisə qısqanclıq zəminində törədilib. 11 il əvvəl həyat yoldaşını öldürdüyü üçün həbs edilən Nahid onu qonşusu Məhəbbət Məmmədova qısqanırmış. Qətlin də bu səbəbdən törədildiyi bildirilir.

Qeyd edək ki, Nahid İslamov qətli törətdikdən sonra qaçaraq gizlənib. O, gecə saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Nahid İslamov ilkin ifadəsində qətlə yetirdiyi Məhəbbət Məmmədovla əvvəlcədən ədavətinin olduğunu etiraf edib. Deyib ki, məhəllədə olan zaman Məhəbbət başqa uşaqlarla top oynayıb.

"Mən buna əsəbləşdim. Sonra gördüm ki, Məhəbbət dilinin altında danışır. Top mənim yanıma düşdü. Tüfənglə vurub partlatdım. Məhəbbət gəlib silahı əli ilə tutdu. Üç dəfə dedim ki, burax, amma buraxmadı. Mən də babat içmişdim. Gördüm ki, yox, əl çəkmir. Bir dəfə vurdum, ikincini də başından. Anası gələndə onu da vurdum",- deyə N.İslamov gülə-gülə ifadəsində bunları bildirib.

Qeyd edək ki, iki və daha artıq şəxsi xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham edilən N.İslamov ömürlük azadlıqdan məhrum edilə bilər.

Paylaş
Xəbər lentİ