Arasdirma.info

Bakı metrosunda cinayət: Pulla dolu çantanı oğurlayan şəxs kameraya düşdü – VİDEO

24-02-2017, 03:13

Bakı metrosunda cinayət: Pulla dolu çantanı oğurlayan şəxs kameraya düşdü – VİDEOYanvarın 17-də Bakı şəhər sakini Şölə Yusifovanın metronun “Gənclik” stansiyasından “Koroğlu” stansiyasına gedən zaman içərisində pul və plastik bank kartları olan əl çantası oğurlanıb.

arasdirma.info ARB TV-yə istinadən xəbər verir ki, dərhal Metropolitenin polis şöbəsinə məlumat verən zərərçəkənin şikayəti əsasında əməliyyat axtarış tədbirlərinə başlanılıb.

Metro stansiyalara quraşdırılmış mühafizə kameralarının təsvirlərinə baxış keçirilərkən, həmin saatlarda ərazidə sıxlıq olması əməliyyatçıların işini bir qədər çətinləşdirib. Buna baxmayaraq, qatara qadının arxasınca minən sərnişinin növbəti stansiyada düşərək oranı tələsik tərk etməsi polis əməkdaşlarında şübhə yaradıb.

Nəhayət, əməliyyatın sonunda şübhələr özünü doğruldub və məlum olub ki, əməli törədən əvvəllər də məhkum olunmuş 29 yaşlı Yadigar Rüstəmovdur. Hadisə baş verən andan bir ay sonra, yəni fevralın 18-i sözügedən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN