Xırdalanda dağıntılar altında qalan uşağın meyiti tapılıb

Oxunma sayı: 308
26-01-2021, 15:41

Xırdalanda dağıntılar altında qalan uşağın meyiti tapılıb
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən daha bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirlikdən “Report”a bildirilib ki, dağıntılar altında qalan şəxsin olmadığı nəzərə alınaraq, FHN tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

Qeyd edək ki, Nazirliyin qəza-xilasetmə qüvvələrinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntılar altından 6 nəfər xilas olunub, 2 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş
Xəbər lentİ