Iki günə 4 intihar.Nə baş verir?

Oxunma sayı: 359
26-01-2021, 16:40

Iki günə 4 intihar.Nə baş verir?
Xəbər verdiyimiz kimi ötən gün Bakıda intihar hadisəsi baş vermişdi,Hündürmərtəbəli binadan özünü aşağı atan qadın hadisə yerində həlak oldu.Bu gün daha bir intihar Əhmədlidə baş verdi.O da ,hündürmərtəbəli binadan özünü atıb.Bu gün ,Bakıda daha bir intihar hadisəsi baş verib.Bu dəfə 13 yaşlı qız özünü asıb.
Arasdırma.info Yeniavaz.com-a istinadən xəbər verir ki,i məlumata görə, 12 dekabr 2007-ci ildə Astara rayonunda anadan olan Əliyeva Günay Ramil qızı 25 yanvar tarixində saat 17:00 radələrində Xəzər rayonu Binə qəzəbəsi “Hövsan Südçülük sovxozu” adlanan ərazidə yerləşən evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib.
Daha bir hadisə yanvarın 26-sı saat 17 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb.Belə ki, Bakı sakini, 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı çoxrmərtəbəli binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Nə baş verir ? Pandemiyadandırmı,iqtisadi çətinlidirmi,şəxsi problemlərdirmi?
Bu haqqda düşünməyə dəyər.Dövlət qurumları,eləcə də psixoloqlar dərhal məsələyə münasibət bildirməli və cəmiyyəti oyandırmalıdır.
İstintaqın gedişindən asılı olmayaraq,səbəblər araşdırılmalı və təcili tədbirlər görülməlidir.İntiharların sayının artması əhali arasında müxtəlif xoşagəlməz fikirlər yaradır.Eləcə də gənclərimizin intihar etməsi hamının ürəyini ağrıdır.
Iki günə 4 intihar.Nə baş verir?

Paylaş
Xəbər lentİ