Lənkəranskinin qardaşının Bakıdakı restoranında əməliyyat.VİDEO

Oxunma sayı: 306
20-02-2021, 23:37

Lənkəranskinin qardaşının Bakıdakı restoranında əməliyyat.VİDEO
Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin Bakıdakı restoranında əməliyyat keçirilib.
Arasdırma.info xəbər verir ki, fevralın 14-də N.Canıyev və Rövşən Lənkəranskinin yaxın adamları Bakıda yerləşən “Neon” şadlıq sarayında toplanıblar.

Həmin zaman insident yaşanıb və hüquq mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirərək oradakı şəxsləri saxlayıblar.


Məlumata görə, sabiq gömrük polkovniki Namiq Canıyevlə birgə təxminən 10 nəfər tutulub. Daha sonra N.Canıyev sərbəst buraxılıb.

Digər şəxslərlə bağlı hazırda araşdırma davam etdirilir.

“Neon” şadlıq sarayının Lənkəranskinin ailəsinə məxsus olduğu bildirilir.//qafqazinfo

Paylaş
Xəbər lentİ