Arvadını küt alətlə döydü, dostunu isə bıçaqladı

Oxunma sayı: 334
23-02-2021, 19:55

Arvadını küt alətlə döydü, dostunu isə bıçaqladı
Şəmkir rayonunda kişi qısqanclıq zəminində arvadını döyüb, dostunu isə bıçaqlayıb.

Arasdırma.info xəbər verir ki,, rayon sakini, 1993-cü il təvəllüdlü Siyavuş Pənahov arvadı, 1995-ci il təvəllüdlü Gülşən Pənahovanı döyüb və ona küt alətlə xəsarət yetirib.

S. Pənahov daha sonra isə dostu, 1996-cı il təvəllüdlü Misafi Cəfərova çoxsaylı bıçaq xəsarətləri yetirib.

M. Cəfərov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. //qafqazinfo

Paylaş
Xəbər lentİ