Bakıda şok hadisə: 2 bacını zorladılar

Oxunma sayı: 307
8-04-2021, 23:43

Bakıda şok hadisə: 2 bacını zorladılar
Bakıda iki azyaşlı bacı zorlanıb.

Arasdırma.info "report”a istinadən xəbər verir ki, 2019-cu ildə Xəzər rayonunda baş verən hadisənin üstü 2021-ci ildə açılıb.

Məlumata görə, 2019-cu ilin iyun ayında 45 yaşlı Ş.Quliyev və 29 yaşlı R.Məmmədov 2006 və 2007-ci il təvəllüdlü iki bacını zorlayıb.

Qızların anası hadisədən iki il ötəndən sonra hüquq-mühafizə orqanlarına müracət edib.

Fakt araşdırılıb və hadisə ilə bağlı Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb.

Xəzər rayon sakinləri olan Ş.Quliyev və R.Məmmədov tutulub.

Qeyd edək ki, zorlanan yeniyetmələrin valideynləri bir neçə il əvvəl boşanıb.

Paylaş
Xəbər lentİ