Abşeronda piyadanı vurub qaçan sürücü saxlanıldı - FOTO

Oxunma sayı: 315
14-04-2021, 03:44

Abşeronda piyadanı vurub qaçan sürücü saxlanıldı - FOTO
Abşeron rayonu, Masazır qəsəbəsində avtomobillə piyadanı vuraraq ərazidən uzaqlaşan sürücü saxlanılıb.

Arasdırma.info xəbər verir ki, hadisə Əliağa Vahid küçəsində baş verib.

Təxminən 20-25 yaşlı şəxsi avtomobil vurub. Hadisəni törədən sürücü hadisə yerindən yayınıb. Yaralı yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Abşeron Rayon Dövlət Yol Polis Şöbəsnin baş inspektoru Əli Cavadov şübhəli avtomobilin izinə düşüb. Belə ki, hadisəni törədən 2000-ci il təvəllüdlü Musayeva Rəna Paşa qızı idarə etdiyi 90-US-317 dövlət nişanlı "Saipa" markalı nəqliyyat vasitəsi ilə saxlanılıb. Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları hadisəni törədən R.Musayevanı Abşeron Rayon Polis İdarəsinə təhvil verib.//APA

Paylaş
Xəbər lentİ