Bakıda narkotacir Əminə ələ keçdi-FOTO

Oxunma sayı: 666
12-06-2019, 20:46

Bakıda narkotacir Əminə ələ keçdi-FOTO
Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.

Arasdırma.info xəbər verir ki,bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yeni Suraxanı qəsəbə sakini Əminə Babayeva da polislər tərəfindən tutulub. Onun evindən 500 qramdan artıq heroin, habelə tiryək, marixuana, metadon və metamfetamin aşkar edilərək götürülüb. Ə.Babayeva narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Bakıda narkotacir Əminə ələ keçdi-FOTO
Bakıda narkotacir Əminə ələ keçdi-FOTO

Paylaş
Xəbər lentİ