“Azərbaycan Reklamçılar İttifaqı”nın sədri Hacıəmi Atakişiyev vəfat edib

Oxunma sayı: 609
13-07-2019, 06:41

“Azərbaycan Reklamçılar İttifaqı”nın sədri Hacıəmi Atakişiyev vəfat edib
“Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin sədri Hacıəmi Atakişiyev vəfat edib.

Məlumata görə, o, bu gün axşam saat 21 radələrində 68 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Hacıəmi Hacı oğlu Atakişiyev 1951-ci ilin 28 fevralında Bakıda doğulub. O, 1968-ci ildə 156 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub. H.Atakişiyev institutu bitirdikdən sonra “Bakıhidrolayihə institutunda çalışıb, Şamxor (indiki Şəmkir) və Sərsəng su elektrik stansiyalarının layihələndirilməsində yaxından iştirak edib. 1975-ci ildən Bakı şəhər Komitəsinin “İçərişəhər” müdiriyyətində işləyib və memar heyətilə birlikdə İçərişəhərin Baş planını hazırlayıb. 1978-ci ildə Azərbaycan İnşaat İnstitutunun aspiranturasına daxil olub. O, 1984-1999-cu illərdə Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH), Şəhər Tərtibatı Dizayn İdarəsinin rəisi, Bakı şəhər baş memarının müavini, Bakı şəhərinin baş rəssamı və “Reklam-informasiya” Departamentinin sədri, habelə digər vəzifələrdə çalışıb.

Mərhum sabah torpağa tapşırılacaq. Onunla vida mərasimi Şüvəlan qəsəbəsində keçiriləcək. “Report”az

Paylaş
Xəbər lentİ