"Beşiktaş"ın futbolçusu qolunu Azərbaycan mahnısı ilə qeyd etdi - VİDEO

Oxunma sayı: 232
17-01-2022, 23:58

"Beşiktaş"ın futbolçusu qolunu Azərbaycan mahnısı ilə qeyd etdi - VİDEO
Türkiyədə futbol matçı zamanı Azərbaycan mahnısı səsləndirilib.

Arasdırma.info xəbər verir ki, İğdır şəhər stadionunda keçirilən “Alagöz Holdinq” – “Başkənt Universiteti Alanya Kestelspor” matçında bir zamanlar Türkiyə Superliqası klublarında çıxış edən Batuhan Karadəniz qol vurub.

Oyununda meydan sahiblərinin futbolçusu, vaxtı ilə Türkiyə millisi, “Beşiktaş” və “Trabzonspor” kimi klublarda oynamış Batuhan Karadəniz qol vurub.

30 yaşlı hücumçu 74-cü dəqiqədə akrobatik zərbə ilə vurduğu qoldan sonra güneyli müğənni İbrahim Əlizadənin “Səni deyirlər” mahnısı səsləndirilib.

Paylaş
Xəbər lentİ