Millimiz Uelsə son dəqiqələrdə məğlub oldu

Oxunma sayı: 608
7-09-2019, 06:55

Millimiz Uelsə son dəqiqələrdə məğlub oldu
Uels və Azərbaycan milli komandalarının Avro-2020-nin seçmə oyunu üçün start heyətləri açıqlanıb.

Arasdırma.info xəbər verir ki, komandalar matça aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Uels: 1. Ueyn Hennessi, 3. Neyl Teylor, 5. Kris Mepham, 6. Co Rodon, 7. Co Allen, 10. Harri Uilson, 11. Qaret Beyl, 14. Konnor Roberts, 18. Etan Ampadu, 19. Tom Lourens, 20. Daniel Ceyms

Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18.Anton Krivotsyuk, 20. Riçard Almeyda, 21. Pavel Paşayev

Qeyd edək ki, bu gün Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

***

Bakı vaxtı ilə 22:45-də Kardiff şəhər stadionunda Azərbaycan və Uels millilərinin matçı start götürüb.

***

Pavel Paşayev matçın 26-cı dəqiqəsində avtoqola imza atdı: 1-0.

***

Mahir Emreli matçın 59-cu dəqiqəsində hesabı bərabərləşdirib: 1-1.

***

84-cü dəqiqədə Qaret Beyl komandasını irəli çıxarıb: 2-1.

***

Millimiz səfərdə Uelsə məğlub oldu: 2-1.

Paylaş
Xəbər lentİ