"Barselona" qalib gəlib, "Real" xal itirib

Oxunma sayı: 549
29-09-2019, 08:14

"Barselona" qalib gəlib, "Real" xal itirib
İspaniya La Liqasında VII tur davam edir.

APA-nın məlumatına görə, turun ikinci günündə 4 oyun baş tutub.

Liderlər qrupunda qərarlaşan “Atletik” öz meydanında “Valensiya”ya uduzub. Uğursuz startdan sonra ön pillələrə yaxınlaşan “Barselona” səfərdə “Xetafe”dən güclü olub.

La Liqanın sürprizi “Qranada” növbəti qələbəsini autsayder “Leqanes” üzərində qazanıb. Turun mərkəzi oyunu isə Madriddə baş tutub. Paytaxt derbisində “Atletiko” “Real”ı qəbul edib. Görüş qolsuz heç-heçə ilə nəticələnib.
Qeyd edək ki, tura sentyabrın 29-da yekun vurulacaq.

İspaniya La Liqası
VII tur
28 sentyabr
“Atletik” – “Valensiya” – 0:1
Çerışev, 28
“Xetafe” – “Barselona” – 0:2
Suares, 41, Firpo, 49
“Qranada” – “Leqanes” – 1:0
Puertas, 28
“Atletiko” – “Real” – 0:0

Paylaş
Xəbər lentİ