"Qarabağ" - APOEL matçı bitdi: hesab...

Oxunma sayı: 612
24-10-2019, 22:23

"Qarabağ" - APOEL matçı bitdi: hesab...
Qarabağ" və APOEL (Kipr) komandalarının UEFA Avropa Liqasında qrup mərhələsinin III tur oyunu üçün start heyətləri açıqlanıb.

Axar.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

"Qarabağ": 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 8. Miçel, Dani Kintana 14.Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov. 99. Maqaye Qeye

APOEL: 27. Vid Belets, 6. Savvas Gentsoqlu, 8. Lukas Souza, 9, Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praxitelis Vouros, 30. Giorgos Merkis, 44. Nikolas İoannu (k), Vuyadin Saviç, 91. Draqan Mixayloviç

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlanacaq.

***

"Qarabağ" - APOEL matçı start götürüb.

***

13-cü dəqiqədə Dani Kintana hesabı açıb və "Qarabağ"ı irəli çıxarıb: 1-0

***

29-cu dəqiqədə APOEL hesabı bərabərləşdirib: 1-1

***

APOEL-in oyunçusu Linus Hallenius 45-cü dəqiqədə "Qarabağ"ın qapısından növbəti qolunu keçirib: 1 - 2

***

"Qarabağ"ın oyunçusu Ailton 58-ci dəqiqədə hesabı bərabərləşdirib: 2-2

***

Matç bərabər hesabla (2-2) başa çatıb.

Paylaş
Xəbər lentİ