Qurban Qurbanov 10-cu dəfə "ilin məşqçisi" seçildi

Oxunma sayı: 536
12-12-2019, 16:44

Qurban Qurbanov 10-cu dəfə "ilin məşqçisi" seçildi
Azərbaycanda 2019-cu ilin ən yaxşı futbol məşqçisinin adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatlına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 10-cu dəfə "ilin məşqçisi" seçilib.

47 yaşlı mütəxəssis komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğunun qalibi olub. 63 mətbu orqanından 67 jurnalistin qatıldığı sorğuda Q.Qurbanov digər namizədləri böyük fərqlə geridə qoyaraq, 2019-cu ilin ən yaxşı məşqçisi seçilib.

O, 58 səs toplamaqla birinci olub. Bununla da, Qurbanov 10-cu dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilib. Sorğuda iştirak edənlərdən 6-sı “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasova, 2-si “Qəbələ”yə ölkə kubokunu qazandırmış Sənan Qurbanova, 1-i isə “Səbail”in çalışdırıcısı Aftandil Hacıyevə səs verib. Namizədlər sırasında yer alan “Neftçi”nin italiyalı baş məşqçisi Robertə Bordinə sorğuda səs verən olmayıb.

Qeyd edək ki, “Qarabağ” 2019-cu ildə Q.Qurbanovun rəhbərliyi altında Azərbaycan çempionu olub, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Paylaş
Xəbər lentİ