"Traktor"u dayandıran tapılmır: Ardıcıl 4-cü qələbə...

Oxunma sayı: 511
28-12-2019, 23:45

"Traktor"u dayandıran tapılmır: Ardıcıl 4-cü qələbə...
Futbol üzrə İran çempionatında növbəti turun matçları keçirilib.

Arasırma.info xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor" "Paykan"ın qonağı olub. Matç Təbriz klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla komanda ardıcıl 4-cü qələbəsini əldə edib.

Qeyd edək ki, "Traktor" 16 turdan sonra turnir cədvəlində 30 xalla 3-cü pillədə qərarlaşıb.

Paylaş
Xəbər lentİ