“Barselona” birinci oldu, “Real” ilk beşliyə düşmədi

Oxunma sayı: 487
1-01-2020, 20:53

“Barselona” birinci oldu, “Real” ilk beşliyə düşmədi
"FourFourTwo” nəşrinə görə, İspaniyanın “Barselona” futbol klubu son 10 ilin ən yaxşı komandaları sıralamasında birinci yeri qazanıb. Bundan əlavə, reytinq tərtibçiləri katalonları futbol tarixinin ən yaxşı komandası adına iddiaçıların sırasına salıblar.



Vesti.ru məlumat yayıb ki, “Barselona”dan sonra müvafiq olaraq 2010 və 2012-ci ildə dünya və Avropa çempionu olan İspaniya milli komandası gəlir. Həmin dövrdə ispanlara Visente del Boske rəhbərlik edib. Üçüncü yeri İngiltərənin "Mançester Siti" komandası tutur.



İlk beşliyə İngiltərə Premyer Liqasında 2010-cu ilin əsas sensasiyasının müəllifi olan “Lester Siti” komandası və Münhen “Bavariya”sı daxil olub. Madrid “Real”ı altıncı olub. Milan “İnter”i yeddinci, Madrid “Atletiko”su onuncudur.

Paylaş
Xəbər lentİ