“Real” ilin ilk qələbəsini qazandı

Oxunma sayı: 533
4-01-2020, 19:40

“Real” ilin ilk qələbəsini qazandı
"Real" La Liqada 2020-ci ildə ilk oyununa çıxıb.

Arasdırma.info xəbər verir ki, Madrid klubu 19-cu turda "Xetafe"nin qonağı olub və 3:0 hesabı ilə qalib gəlib.

“Kral klubu”nun qollarını Varan (52) və Modriç (90+2) vurub. “Xetafe”nun futbolçusu Soria 34-cü dəqiqədə avtoqola imza atıb.

Bu qələbə ilə xalını 40-a çatdıran Zinəddin Zidanın komandası turnir cədvəlində ilk pilləyə yüksəlib. 18 oyundan 39 xalı olan "Barselona" 2-ci, "Sevilya" 35 xalla 3-cüdür. Kataloniya klubu bu gecə "Espanyol"a qalib gələcəyi təqdirdə yenidən lider olacaq.Publika.az

Paylaş
Xəbər lentİ