“Real”ın oyunçusuna meymun deyildi - Qalmaqal

Oxunma sayı: 484
5-01-2020, 15:58

“Real”ın oyunçusuna meymun deyildi - Qalmaqal
İspaniya La Liqasının 19-cu turunun “Hetafe” – “Real” matçında (0:3) irqçiliyə yol verilib.

Qol.az xəbər verir ki, ikinci hissədə meydan sahiblərinin futbolçusu Mark Kukerelya ilə “Real”ın braziliyalı oyunçusu Eder Militao arasında söz atışması olub. Bu zaman Kukerlye Militaoya deyib: “Səsini kəs, qara meymun”. Futbolçu özü isə oyundan sonra meymun sözünü söyləmədiyini bildirib.

Məlumata görə, hakim bu epizodu görməyib. Bununla belə, hadisə ilə əlaqədar İspaniya Futbol Federasiyasının intizam işi açacağı istisna edilmir.

Paylaş
Xəbər lentİ