“Liverpul” yenilməzdir

Oxunma sayı: 523
19-01-2020, 19:45

“Liverpul” yenilməzdir
İngiltərə Premyer Liqasında 23-cü turun oyunları keçirilib.

Cahantv.az xəbər verir ki, bu gün lider “Liverpul” “Mançester Yunayted”i qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:0.
Mersisaydlıların heyətində Van Deyk və Salah fərqləniblər.

Bu qələbədən sonra xalını 64-ə çatdıran Yurgen Kloppun komandası zirvədəki yerini bir qədər də möhkəmləndirib.

“Mançester Yunayted” isə 34 xalla 5-cidir.

Paylaş
Xəbər lentİ