“Çelsi” onu 40 milyon avroya transfer etdi

Oxunma sayı: 502
13-02-2020, 16:50

“Çelsi” onu 40 milyon avroya transfer etdi
Hollandiyanın “Ayaks” klubunun futbolçusu Hakim Ziyaş İngiltərənin “Çelsi” komandasına transfer olunub.

Arasdırma.info xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı məlumat verib.

Niderlandda doğulmuş Mərakeş millisinin hücumameyilli yarımmüdafiəçisi “Çelsi”nin düşərgəsinə iyulun 1-də qoşulacaq. Futbolçunun Amsterdam klubu ilə 30 iyun 2022-ci ilədək müqaviləsi var.

Transferin qiyməti 40 milyon avrodur, lakin məbləğ 44 milyon avroya qədər yüksələ bilər.

Paylaş
Xəbər lentİ