Arasdirma.info

"Bavariya” “Fortuna”nı darmadağın edib

31-05-2020, 10:16

"Bavariya” “Fortuna”nı darmadağın edib
Almaniya Bundesliqasının 29-cu turunun matçında Münhen "Bavariya”sı Düsseldorfun "Fortuna” komandasını qəbul edib.

Arasdırma.info xəbər verir ki, görüş Münhenin "Alyans-Arena” stadionunda baş tutub və meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab 15-ci dəqiqədə açılıb. “Fortuna”nın müdafiəçisi Matias Zanka Yorqensen topu öz qapısına göndərib. Fasiləyə qədər "Bavariya"nın üstünlüyünü müdafiəçi Benjamen Pavar və hücumçu Robert Levandovski artırıb.

Levandovski ikinci hissənin əvvəlində dubl edib, iki dəqiqə sonra isə münhenlilərinin yarımmüdafiəçisi Alfonso Devis fərqlənib.

Hazırda "Bavariya" 67 xal yığaraq, Almaniya çempionatının yarış cədvəlinə başçılıq edir. "Fortuna" isə 27 xalla turnir cədvəlində 16-cı yer tutur.“Report”

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN