Ronaldu ilk milyarder futbolçu oldu

Oxunma sayı: 811
6-06-2020, 05:04

Ronaldu ilk milyarder futbolçu oldu
“Yuventus” və Portuqaliya yığmasının lideri Kriştianu Ronaldu milyarderə çevrilib.

Arasdırma.info xəbər verir ki, “Forbes”in məlumatına görə, 35 yaşlı hücumçu sərvəti 1 milyard dolları keçən ilk futbolçudur.

Kriştianu belə göstərici əldə etmiş üçüncü idmançıdır. Ona qədər milyarder tituluna amerikalı qolfçu Tayger Vuds və ABŞ-lı məğlubedilməz boksçu Floyd Meyvezer çatıb.

Ronaldu əmək haqqı olaraq 650 milyon dollar alıb. Qalan 350 milyonu isə o, sponsor müqavilələrindən əldə edib. Son ildə isə Kriştianu 105 milyon dollar qazanıb.

Beləliklə, futbolçu 2020-ci ilin ən varlı məşhurları siyahısında dördüncü yerdə qərarlaşıb.Modern.az

Paylaş
Xəbər lentİ