Arasdirma.info

Avropa Liqası avqustda başlayacaq - RƏSMİ

18-06-2020, 07:22

Avropa Liqası avqustda başlayacaq - RƏSMİ
UEFA Avropa Liqası ilə bağlı cari mövsümün təqvimi müəyyənləşib.

Arasdırma.info xəbər verir ki, 5-6 avqustda turnirin 1/8 final oyunları keçiriləcək. Lakin oyunların hansı ölkədə keçiriləcəyi dəqiqləşməyib.

UEFA İcraiyyə Komitəsi yarışın 1/4 final oyunlarının Almaniyanın Köln, Düseldorf, Duysburq və Qelzenkirxen şəhərlərində keçiriləcəyini açıqlayıb. Həmin mərhələ 10-11 avqustda baş tutacaq.

16-17 avqust tarixlərində yarımfinal görüşləri keçiriləcək. Məkan daha sonra açıqlanacaq. Avqustun 21-də isə final keçiriləcək. Final Kölndə baş tutacaq.

Qeyd edək ki, 1/8 finalın oyunları Bakı vaxtı ilə saat 20:55 və ya 23:00-da keçiriləcək. Digər mərhələ oyunları isə 23:00-da başlayacaq. 1/4 final və yarımfinal mərhələsinin püşkatmasının vaxtı daha sonra açıqlanacaq.

Onu da bildirək ki, Avropa Liqasının finalının 2021-ci ildə Polşanın Qdansk, 2022-ci ildə İspaniyanın Sevilya və 2023-cü ildə Macarıstanın Budapeşt şəhərlərində keçirilməsi qərara alınıb.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN