“Mançester Yunayted” “Aston Villa”nı məğlub edib

Oxunma sayı: 644
10-07-2020, 05:39

“Mançester Yunayted” “Aston Villa”nı məğlub edib
İngiltərə Premyer Liqasının 34-cü turunda “Aston Villa” “Mançester Yunayted”-lə qarşılaşıb.

Arasdırma.info xəbər verir ki, qarşılaşma Birminhemdə, “Villa Park” stadionunda keçirilib və “Mançester Yunayted”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab 27-ci dəqiqədə açılıb. Brunu Fernandeş 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirib. Birinci hissənin sonlarına Meyson Qrinvud hesabdakı üstünlüyü artırıb. İkinci hissədə Pol Boqba Fernandeşin ötürməsini qola çevirib - 3:0.

“Mançester Yunayted” 58 xal toplayaraq İngiltərə çempionatının turnir cədvəlində 5-ci yerdə qərarlaşıb. “Aston Villa” 27 xalla 19-cu yerdədir.//report

Paylaş
Xəbər lentİ