Arasdirma.info

"Formula 1": Bu dəfə Hemilton birinci oldu

12-07-2020, 21:28

"Formula 1": Bu dəfə Hemilton birinci oldu
Avstriyanın Şpilberq avtodromunda "Formula 1" üzrə Ştiriya Qran-prisi keçirilib.

Arasdırma.infonun məlumatına görə, mövsümdə ikinci mərhələsinin qalibi adını "Mercedes" pilotu Lüis Hemilton olub. Onun komanda yoldaşı Valtteri Bottas ikinci, "Red Bull" üzvü Maks Ferstappen üçüncü yeri tutub.

71 dövrəlik mübarizəni 20 pilotdan 17-si başa çatdıra bilib.

İlk iki mərhələdən sonra Bottas 43 xalla birinci, Hemilton 37 xalla ikinci, "Mclaren" pilotu Lando Norris 26 xalla üçüncü pillədə qərarlaşıb. Konstruktorlar Kubokunda isə "Mercedes" komandası 80 xalla liderdir. "McLaren" 39 xalla ikinci, "Racing Point" 22 xalla üçüncüdür. //report

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN