Rəşad Sadıqov baş məşqçi oldu - RƏSMİ

Oxunma sayı: 600
26-07-2020, 02:07

Rəşad Sadıqov baş məşqçi oldu - RƏSMİ
"Zirə"nin baş məşqçisinin adı məlum olub.

Arasdırma.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın yeni baş məşqçisi Rəşad Sadıqov olacaq. Mütəxəssislə 3 illik müqavilə bağlanıb.


Qeyd edək ki, "Qarabağ"ın və milli komandamızın sabiq kapitanı karyerasını 2019/20 mövsümünün sonunda bitirib. Rəşad indiyədək "Turan", "Neftçi", "Qarabağ", Türkiyənin "Kayserispor", "Kocaelispor" və "Eskişəhərspor" və İranın "Fulad" klublarında çıxış edib. Azərbaycan millisində 111 oyun keçirən veteran müdafiəçi 5 qol vurub. O, 2016-2018-ci illərdə "Qarabağ"ın U-19 komandasını, 2018-ci ildə Azərbaycan U-21-ini çalışdırıb.

Sadıqov futbolçu karyerası ərzində 7 dəfə Azərbaycan çempionluğunu ("Qarabağ" - 5, "Neftçi" - 2), 4 dəfə ölkə kubokunu ("Qarabağ" - 2, "Neftçi" - 2) qazanıb, 6 dəfə Azərbaycanın ən yaxşı futbolçusu seçilib.//fanat.az

Paylaş
Xəbər lentİ