Avropa Liqası: "Neftçi" qələbə ilə başladı

Oxunma sayı: 687
28-08-2020, 04:58

Avropa Liqası: "Neftçi" qələbə ilə başladı
Bu gün Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

Arasdırma.info xəbər verir ki, son oyun günündə Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün gümüş mükafatçısı "Neftçi" də mübarizəyə qoşulub.

"Ağ-qaralar" avrokubok macərasına Şimali Makedoniya "Şkupi"si ilə üz-üzə gəlib. "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da start götürüb. İlk yarıda gözləniləndən zəif təsir bağışlayan "Neftçi" fasilədən sonra oyunda dönüş yarada bilib. Buqrinin zərbəsindən sonra rəqib oyunçuya toxunaraq qonaqların qapı torunu silkələyən top Azərbaycan təmsilçisində özünəinam yaradıb. Ardından azlıqda qalan rəqibinə daha bir qol vuran bakılılar qələbəyə bir addım da yaxınlaşıb. Uzatma dəqiqələrində qonaqların qollardan birinin əvəzini çıxması isə heç nəyi dəyişməyib.

Beləliklə, "Neftçi" Avropa Liqasının II təsnifat mərhələsində iştirak hüququ qazanıb.


Neftçi (Azərbaycan) - Şkupi (Şimali Makedoniya) 2:1
Qollar: Sabir Buqrin, 66; Anton Krivotsyuk, 89 - Dembo Darbo, 90+3
Qırmızı vərəqə: Umar Qudyabi, 70 (Şkupi)
Hakimlər: Aleksandrs Qolubevs, Raymonds Tatriks, Yevgeniys Morozovs, Artis Kenins (Latviya).
Bakı, "Bakcell Arena".

Neftçi: 30. Aqil Məmmədov, 2. Cabir Əmirli, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 24. Yusuf Laval, 28. Stiven Monroz, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 91. Tallison.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 6. Voyislav Stankoviç, 10. Saman Nərimancahan, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 27. Fərid Yusifli.
Baş məşqçi: Füzuli Məmmədov.

Şkupi: 1. Kristian Naumoski, 3. Darko Qlişiç, 5. Lamin Dyak, 10. Besar İseni (k), 11. İlirid Ademi, 16. Besart Krivanyeva, 19. Umar Qudyabi, 20. Dembo Darbo, 21. Sabit Bilalli, 22. Filip Qliqorov, 33. Byanor.
Ehtiyat oyunçular: 12. Artan İlyazi, 4. Ardit İlyazi, 7. Yakup Berişa, 8. Faton Yusufi, 14. Freddi Alvares, 23. Ramin Aliyi, 30. Fırat Güllü.
Məşqçi: Vlatko Kolev.//Fanat

Paylaş
Xəbər lentİ