Messi və Ronaldu eyni komandada (İDDİA)

Oxunma sayı: 831
29-08-2020, 17:51

Messi və Ronaldu eyni komandada (İDDİA)
Çempionlar Liqasında "Bavariya"ya 2:8 hesablı məğlubiyyətdən sonra klubdaxili gərginlik yaranan "Barselona"da böyük dəyişikliklər ola bilər. Baş məşqi postunda dəyişiklik edən Kataloniya klubundan Lionel Messinin də ayrılması gözlənilir.

Avropa mediasının məlumatına görə, argentinalı futbolçu komandanı tərk etməklə bağlı qərar verib. Onun hətta yeni baş məşqçi Ronald Kumanla görüşdə də bu istəyini dilə gətirdiyi bildirilir. Messinin adı "İnter" və "Mançester Siti" ilə yanaşı çəkildiyi vaxtda ortaya şok bir iddia atılıb.

Arasdırma.info Qaynarinfoya istinadən xəbər verir ki, İtaliyanın məşhur idman nəşri "Corriere dello Sport" argentinalı ulduzun ən böyük rəqibi hesab olanan Kriştianu Ronaldu ilə eyni komandada oynaya biləcəyini iddia edib. Qəzet yazır ki, "Yuventus" "Barselona"dan ayrılmaq istəyən futbolçunu tranfser siyahısına salıb. Artıq Turin klubu bu transfer üçün hərəkətə keçib.

Paylaş
Xəbər lentİ