Azərbaycanlı azarkeşlərindən “Qalatasaray”a möhtəşəm qarşılama

Oxunma sayı: 344
16-09-2020, 16:06

Azərbaycanlı azarkeşlərindən “Qalatasaray”a möhtəşəm qarşılama
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə qarşılaşacaq Türkiyənin “Qalatasaray” komandasını azərbaycanlı azarkeşləri tək qoymayıb.

Bu barədə “UltrAslan Azərbaycan”ın “Twitter” hesabında video yayımlanıb.


Qardaş ölkə təmsilçisinin azərbaycanlı azarkeşləri “Qalatasaray”lı futbolçuların olduğu avtobusun hava limanından şəhər istiqamətində hərəkət etdiyi yolda yerləşən körpülərdən birində qarşılama mərasimi təşkil edib, körpüyə müxtəlif plakatlar asılıb. Plakatlardan birində türk dilində yazılmış “Hoş geldin, gönüllerin efendisi” sözləri diqqət çəkib.//Oxu

Paylaş
Xəbər lentİ