Milan qələbə qazandıı - İbrahimoviçin qolları sayəsində

Oxunma sayı: 418
22-09-2020, 04:10

Milan qələbə qazandıı - İbrahimoviçin qolları sayəsində
İtaliya A seriyasında I turun daha bir oyunu keçirilib.

Arasdırma.infonun məlumatına görə, bu dəfə “Milan” meydana çıxıb.

“Rossonyerlər” doğma arenasında “Bolonya”nı qəbul edib. Zlatan İbrahimoviçin iki qol vurduğu görüşdə Stefano Piolinin yetirmələri qələbə qazanıb.

Turun təxirə salınan “Benevento” – “İnter”, “Udineze” – “Spezia” və “Latsio” – “Atalanta” oyunları sentyabrın 30-da keçiriləcək. Ona qədər isə 26-28 sentyabr tarixlərində II turun qarşılaşmaları oynanılacaq.

İtaliya A seriyası
I tur
21 sentyabr
“Milan” – “Bolonya” – 2:0
İbrahimoviç, 35, 50 (pen.)//Apasport

Paylaş
Xəbər lentİ