"Neftçi" - "Qəbələ" oyununda "sülh" - YENİLƏNDİ

Oxunma sayı: 358
27-09-2020, 18:03

"Neftçi" - "Qəbələ" oyununda "sülh" - YENİLƏNDİ
Bu gün Azərbaycan Premyer Liqasında IV turun son oyunu keçirilib.

Arasdırma.info xəbər verir ki, son oyun günündə "Neftçi" "Qəbələ"ni qəbul edib. "Dalğa Arena"da keçiriləcək görüşdə qalib müəyyənləşməyib - 1:1.


3 oyuna 6 xal toplayan flaqman qələbə qazanacağı təqdirdə, vahid lider olacaq. 2 xalla sonuncu - 8-ci sıradakı "Qəbələ" isə autsayderlikdən xilas olmağa çalışacaq.

Komandalar indiyədək çempionatda 47 dəfə üz-üzə gəliblər. Bunların 22-də paytaxt, 16-da əyalət təmsilçisi meydanı 3 xalla tərk edib. Topların fərqində də "Neftçi" öndədir - 67:58. Rəqiblərin Premyer Liqadakı son 4 duelində "Neftçi" qələbə qazanıb. "Ağ-qaralar" 12 görüşdə rəqibinə qol vura bilib.

"Qəbələ" oyuna itki ilə çıxacaq. Nikolas Raysel ötən tur "Keşlə" ilə görüşdə (0:0) ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. O, 1 matçlıq cəzasını "Neftçi" ilə qarşılaşmada çəkəcək.

Qeyd edək ki, turun digər matçlarında "Səbail" evdə "Sabah"ı 2:1, "Zirə" səfərdə "Keşlə"ni 3:2 hesabı ilə məğlub edib. "Sumqayıt" - "Qarabağ" matçında qalib müəyyənləşməyib - 2:2.

Premyer Liqası
2020/21 mövsümü
I dövrə, IV tur

27 sentyabr
19.00 Neftçi - Qəbələ 1:1
Qollar: Sabir Buqrin, 90+4 - Rövlan Muradov, 32
Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 10. Saman Nərimancahan, 13. Prins İbara, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 2. Cabir Əmirli, 19. Fəhmin Muradbəyli, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 20. Mert Çelik, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 40. Vüqar Həsənov, 45. Əli Mürsəlov.
Baş məşqçi: Füzuli Məmmədov.
Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 77. Merab Qiqauri, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 55. İdris İnqilablı.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 74. Yusif Nəbiyev, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 99. Ceyms Adeniyi, 22. Rodriqo Qattas, 17. Yaovi Akakpo, 71. Rüfət Əhmədov.
Baş məşqçi: Elmar Baxşıyev.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"Dalğa Arena”
№ Klub O Q H/H M T/F X
1. Sumqayıt 4 2 1 1 6:4 7

2. Zirə 4 2 1 1 6:6 7

3. Sabah 4 2 0 2 6:4 6

4. Neftçi 3 2 0 1 4:4 6

5. Qarabağ 4 1 2 1 5:4 5

6. Keşlə 4 1 2 1 3:3 5

7. Səbail 4 1 0 3 5:7 3

8. Qəbələ 3 0 2 1 1:4 2

Bombardirlər

Əli Qurbani (Sumqayıt) - 4. Namiq Ələsgərov (Neftçi) - 3. Mahir Emreli (Qarabağ), Ovusu Kvabena (Qarabağ), Ramil Şeydayev (Sabah), Rauf Əliyev (Səbail), Klesio Bauk (Zirə), Davit Volkov (Zirə) - 2.


Fanat.Az

Paylaş
Xəbər lentİ