Matç zamanı futbolçunun ayağı sındı - VİDEO

Oxunma sayı: 375
11-10-2020, 02:20

Matç zamanı futbolçunun ayağı sındı - VİDEO
DÇ-2022 turnirinin seçmə mərhələsi çərçivəsində keçirilən Kolumbiya-Venesuela qarşılaşmasında xoşagəlməz anlar yaşanıb.

Sports.ru xəbər verir ki, matçın 8-ci dəqiqəsində Kolumbiya yığmasının müdafiəçisi Santyaqo Aryas rəqibin yarımmüdafiəçisi Darvin Maçinlə toqquşub.

Toqquşma nəticəsində Aryasın ayağı sınıb. Hakim dərhal Maçinə birbaşa qırmızı vərəqə göstərib.

Ancaq VAR sisteminə baxdıqdan sonra qırmızı vərəqə ləğv edilib.

Paylaş
Xəbər lentİ