UEFA "Qarabağ"a xəbərdarlıq etdi - Əsgər salamına görə

Oxunma sayı: 329
22-10-2020, 18:41

UEFA "Qarabağ"a xəbərdarlıq etdi - Əsgər salamına görə
UEFA İntizam Komitəsi "Qarabağ”a rəsmi xəbərdarlıq edib.

Arasdırma.info xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Avropa Liqasının pley-off mərhələsində "Legiya” ilə Polşada keçirilən oyundan (3:0) sonra futbolçular və məşqçilər heyətinin üzvləri hərbi salam verdiyi üçün İntizam Komitəsi bu qərarı verib.

"Qarabağ”lıların hərbi salamı siyasi jest kimi qiymətləndirilib. Buna görə də Ağdam klubunun 13 futbolçusu və məşqçilər heyətinin üzvləri də daxil olmaqla klubun 14 nümayəndəsi xəbərdarlıq alıb.

Xatırladaq ki, oktyabrın 1-də Avropa Liqasının pley-off mərhələsində "Legiya”nı məğlub edərək qrupa adlayan "Qarabağ”ın heyəti qarşılaşmadan sonra qələbəni hərbi salamla qeyd edib.//Fanat.az

Paylaş
Xəbər lentİ