Həbib Nurməhəmmədov Castin Qetjiyə qalib gəldi

Oxunma sayı: 386
25-10-2020, 03:41

Həbib Nurməhəmmədov Castin Qetjiyə qalib gəldi
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Castin Qetji arasında döyüş keçirilib.

Arasdırma.info xəbər verir ki, görüş Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki "Döyüş adası"nda UFC 254 turnirində gerçəkləşib.

32 yaşlı Nurməhəmmədov rəqibini ikinci raundda boğucu fəndlə üstələyib.

Bu müdafiə rusiyalı üçün 3-cü olub. Nurməhəmmədov 7 aprel 2018-ci ildə amerikalı Yel Yakvintə qalib gələrək təşkilatın çempionu olub.

H.Nurməhəmmədov bununla yüngül çəkidə UFC çempionu titulunu qoruyub.//"Report"

Paylaş
Xəbər lentİ