AFFA-dan AVRO-2020 açıqlaması

Oxunma sayı: 360
27-10-2020, 22:06

AFFA-dan AVRO-2020 açıqlaması
"Son günlər beynəlxalq və yerli mediada AVRO-2020-nin yeni formatı ilə bağlı müxtəlif fikirləri eşidirik. Bugünədək UEFA-dan AFFA-ya aydınlaşdırma məqsədilə heç bir müraciət və sorğu daxil olmayıb".

Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov AVRO-2020-nin Bakıdan alınacağı ilə bağlı xəbərə münasibət bildirərkən deyib.

O bildirib ki, UEFA İcraiyyə Komitəsinin son qərarına əsasən AVRO-2020 Bakı da daxil olmaqla, 12 şəhərdə təşkil olunacaq: "Qurumdan hər hansı məlumat alsaq, ictimaiyyətə bildirəcəyik".

Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir./Report/

Paylaş
Xəbər lentİ