ABŞ-da turun ən yaxşısı millimizin forvardı oldu

Oxunma sayı: 353
4-11-2020, 19:52

ABŞ-da turun ən yaxşısı millimizin forvardı oldu
Azərbaycan millisinin forvardı Rüfət Dadaşov ABŞ-ın 2-ci liqasında ilk turun ən yaxşı futbolçusu seçilib.

Arasdırma.info xəbər verir ki, "Finiks Rayzinq”in hücumçusu debüt matçında het-trik etdiyi üçün bu uğura nail olub.

Seçicilərin 52 faizinin səsini qazanan Dadaşov simvolik yığmaya da salınıb.

USL-in rəsmi saytı yığmamızın üzvü haqda bir neçə cümlə də yazmağı unutmayıb: "Azərbaycanlı futbolçu son 3 mövsümdə özünün ilk ev oyununda het-trik etməyə imkan tapan ikinci futbolçu oldu. O, gözəl qol duyumu olduğunu isbatlayaraq bunu bacardı”.//Fanat.az

Paylaş
Xəbər lentİ