"Böyük qürurla Ağdamda oynayacağıq" - Qurban Qurbanov

20.11.2020 15:28 14
Mətn ölçüsü:
  • 100%
"Böyük qürurla Ağdamda oynayacağıq" - Qurban Qurbanov
"Bu gün bizim üçün çox böyük gündür. İllərdir həsrətini çəkdiyimiz torpaqlara geri dönürük və klub olaraq təmsil etdiyimiz Ağdam şəhəri artıq bu gün işğaldan azad olunur. İnanıram ki, komandanın həm kapitanı, həm baş məşqçisi olmuş Allahverdi Bağırov və digər şəhidlərimizin ruhu şaddır".

Arasdırma.info xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

"Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik. Bir daha başda cənab Ali Baş Komandan olmaqla ordumuza bizə bu hissləri yaşatdığı üçün təşəkkür edirəm", - 48 yaşlı mütəxəssis əlavə edib.//fanat.az
Təsisçi: Ç.Qurbanoğlu
Tel: (+99455) 700 00 00