UEFA Azərbaycanın yenidən beynəlxalq futbol oyunlarına ev sahibliyi etməsinə icazə verdi

Oxunma sayı: 342
3-12-2020, 18:14

UEFA Azərbaycanın yenidən beynəlxalq futbol oyunlarına ev sahibliyi etməsinə icazə verdi
Artıq Azərbaycan əvvəlki kimi beynəlxalq oyunlara ev sahibliyi edə biləcək.

Bu barədə UEFA İcraiyyə Komitəsi qərar verib.



Qitənin ali futbol qurumunun bugünkü iclasında Qarabağdakı hərbi əməliyyatların dayandırılmasını nəzərə alaraq, oktyabrın 20-də tətbiq etdiyi qadağanı aradan qaldırıb.

Bu isə o deməkdir ki, milli və klub səviyyəli komandalarımız ev oyunlarını ölkəmizdə keçirə biləcəklər.

Qeyd edək ki, qadağa müddətində Azərbaycan yığması Millətlər Liqasının iki matçını ölkə xaricində keçirib, “Qarabağ” isə Avropa Liqasının Türkiyədəki üçüncü ev oyununa bu gün çıxacaq.

Paylaş
Xəbər lentİ