"Beşiktaş" "Qalatasaray"a qalib gəldi.VİDEO

Oxunma sayı: 325
17-01-2021, 20:01

"Beşiktaş" "Qalatasaray"a qalib gəldi.VİDEO
Türkiyə Super Liqasında XIX turun mərkəzi görüşü "Beşiktaş" və "Qalatasaray" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, "Vodafone Park"da təşkil olunmuş İstanbul derbisi meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Xosef Souza 79-cu, Jorj-Kevin Nkudu 90+1-ci dəqiqədə vurub. Qonaqlar 59-cu dəqiqədə Mbaye Dianın qırmızı vərəqə alması səbəbindən oyunu azlıqda başa vurub.

Bu nəticədən sonra xalını 38-ə çatdıran "Beşiktaş" vahid liderə çevrilib. "Qalatasaray" isə 33 xalla 4-cüdür.

Paylaş
Xəbər lentİ