"Mançester Yunayted" məğlub oldu

Oxunma sayı: 342
28-01-2021, 04:42

"Mançester Yunayted" məğlub oldu
İngiltərə Premyer Liqasında 20-ci turun oyunları davam edir.

Arasdlırma.info xəbər verir ki, növbəti oyun günündə daha beş qarşılaşma keçirilib.

“Mançester Yunayted” öz meydanında autsayder “Şeffild Yunayted”i sınağa çəkib və gözlənilməz məğlubiyyətlə üzləşib. "Qırmızı şeytanlar" qələbə qazansalar, liderliyə yüksələcəkdilər.

“Çelsi” “Vulverhempton”u qəbul edib. “Zadəganlar” yeni baş məşqçi Tomas Tuhelin rəhbərliyi altındakı ilk matçdan 1 xalla ayrılıb.

Bu nəticələrdən sonra "Mançester Siti" 41 xalla liderliyini qoruyub. "MY" 40 xalla 2-ci, "Lester" 39 xalla 3-cü, "Vest Hem" 35 xalla 4-cü, "Liverpul" 34 xalla 5-cidir.//qol.az




27 yanvar

"Bernli" – "Aston Villa" - 3:2
Qollar: Mi, 52. Maknil, 76. Vud, 79 – Uotkins, 14. Qriliş, 68.

"Çels"i – "Vulverhempton" - 0:0

"Brayton" –" Fulhem" - 0:0

"Everton" – "Lester" - 1:1
Qollar: Rodriqes, 30 – Tilemans, 67.

"Mançester Yunayted" – "Şeffild Yunayted" - 1:2
Qollar: Maquayr, 64 – Brayan, 23. Burke, 74.

Paylaş
Xəbər lentİ