"Mançester Siti"dən çətin qələbə, "Liverpul" "Real Madrid"ə uduzdu

Oxunma sayı: 280
7-04-2021, 02:00

"Mançester Siti"dən çətin qələbə, "Liverpul" "Real Madrid"ə uduzdu
"Mançester Siti"dən çətin qələbə, "Liverpul" "Real Madrid"ə uduzdu

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

Arasdırma.info Report.az-a istinadən xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Gecənin ən maraqlı görüşü İspaniyada baş tutub. Evdə İngiltərənin "Liverpul" komandası ilə üz-üzə gələn "kral klubu" rəqibini 3:1 hesabı ilə məğlub edib. Qarılaşmada ilk qol 27-ci dəqiqədə vurulub. Vinisius Junior meydan sahiblərini önə çıxarıb. 9 dəqiqə sonra Marko Asensio fərqi 2 topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıya daha yaxşı başlayan qonaqlar 51-ci dəqiqədə Məhəmməd Salahın qolu ilə buraxılan toplardan birinin əvəzini çıxıb. Lakin 65-ci dəqiqədə dubl edən Junior 3-cü qolu rəqibin qapısından keçirib.

Digər oyunda isə "Mançester Siti" İngiltərədə Almaniyanın "Borussiya" (Dortmund) klubuna 2:1 hesabı ilə qalib gəlib. Matçda hesabı 9-cu dəqiqədə "şəhərlilər"in yarımmüdafiəçisi Kevin De Bröyne açıb. Dortmund təmsilçisi bu qola 84-cü dəqiqədə cavab verib. Marko Roys tarazlığı bərpa edib. Xosep Qvardiolanın komandası 90-cı dəqiqədə Fil Fodenin vurduğu qolla çətin qələbə qazanıb.

Bu komandaların cavab oyunları aprelin 14-də olacaq.

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

23:00. "Real Madrid" - "Liverpul" (İngiltərə) - 3:1

Qollar: Vinisius Junior, 27; 65, Marko Asensio, 36 - Məhəmməd Salah, 51

23:00. "Mançester Siti" - "Borussiya" (Almaniya) - 1:0

Qollar: Kevin De Bröyne, 19 - Marko Roys, 84

Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu bu gün gerçəkləşəcək. Fransa PSJ-si Almaniyada "Bavariya"nı, İngiltərənin "Çelsi" klubu isə İspaniyadakı "Ramon Sançes Pisxuan" stadionunda Portuqaliya "Portu"sunu sınağa çəkəcək.

Paylaş
Xəbər lentİ