Çempionlar Liqası: İlk yarımfinalçılar bəlli oldu

Oxunma sayı: 311
14-04-2021, 03:52

Çempionlar Liqası: İlk yarımfinalçılar bəlli oldu
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iki iştirakçısı müəyyənləşib.

Arasdırma.info xəbər verir ki, İngiltərənin "Çelsi" və Fransanın PSJ klubları növbəti raunda adlayıblar.

London təmsilçisi 1/4 finalın ilk matçında Portuqaliyada 2:0 hesabı ilə qalib gəldiyi "Portu"ya evdə minimal hesabla uduzub - 0:1. Qonaqların heyətində oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Mehdi Taremi fərqlənib. Məğlubiyyətə baxmayaraq, "zadəganlar" yarımfinala vəsiqə qazanıblar.

PSJ isə doğma meydanda Almaniya "Bavariya"sına 0:1 hesabı ilə məğlub olub. Görüşdə yeganə qolu 40-cı dəqiqədə Erik Şupo-Motinq vurub. Buna baxmayaraq, Münhendəki ilk qarşılaşmada turnirin son qalibini 3:2 hesabı ilə məğlub edən Paris klubu səfərdə daha çox qol vurduğu üçün yarımfinala yüksəlib.

Çempionlar Liqası, 1/4 final mərhələsi

Cavab oyunları

23:00. "Çelsi" (İngiltərə) - "Portu" (Portuqaliya) - 0:1

Qol: Mehdi Taremi, 90+4

İlk oyun - 2:0

Paylaş
Xəbər lentİ